YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti üçün bir sıra qanunlara dəyişikliklər ediləcək

Martın 3-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

İclasda 24 qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar görülən işlərdən bəhs edib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Ötən dövr ərzində işçi qrup Palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uğun təşkil olunmasını təmin etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb. Bunun nəticəsi olaraq isə dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur.

İşçi qrupun rəhbəri vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi məhz Palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir. Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir.

R.Aslanlı “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında da danışıb. Bildirilib ki, publik hüquqi şəxs ümumiyyətlə Azərbaycan qanunvericiliyində yeni bir formadır. Publik hüquqi şəxsin norma yaratma hüquqları əldə etməsi üçün hazırda qüvvədə olan Konstitusiya Qanununa əlavələr təklif olunur. Bu əlavələrin mahiyyəti haqqında danışan işçi qrupun rəhbəri qeyd edib ki, dəyişikliyə əsasən publik hüquqi şəxslər normativ xarakterli aktlar qəbul edə biləcəklər.

Sonra Milli Məclisin deputatları qanun layihələri haqqında fikirlərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

DİGƏR Xəbərlər Arxiv