Xəbərlər
Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrıldı.