Xəbərlər
Azərbaycanda metrologiya sahəsində Avropa İttifaqının Tvinninq layihəsinin təqdimatı olacaq
Martın 3-də “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” mövzusunda Avropa İttifaqının Tvinninq layihəsinin təqdimatı olacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon kalibrləmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, metrologiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanda metrologiya infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu məqsədlə müvafiq təlimlərin təşkil edilməsindən ibarətdir.
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə Çex Metrologiya İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutunun yaratdığı konsorsium və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən icra ediləcək.