Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.