YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın sabiq prezidentləri və Yunanıstanın keçmiş Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olmuşlar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi Rövşən Muradov Bolqarıstanın paytaxtı Sofiyada bu ölkənin sabiq prezidentləri, tanınmış siyasətçilər Jelyu Jelev və Georgi Pırvanov ilə görüşmüşdür.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilmişdir.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013-cü və 2014-cü illərdə keçirilmiş Qlobal Açıq

Cəmiyyətlər Forumunun əhəmiyyəti, Mərkəz ilə Bolqarıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir.

Jelyu Jelev və Georgi Pırvanov bu əməkdaşlığı genişləndirmək məqsədilə Mərkəzə üzvlük dəvətini məmnuniyyətlə qəbul etmişlər.

Yunanıstanın nüfuzlu dövlət və siyasi xadimi, 2009-2011-ci illərdə hökumətə rəhbərlik etmiş Georgios Papandreu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmuşdur.

Bu barədə razılıq isə R.Muradovun tanınmış siyasətçi ilə Afinada keçirdiyi görüşündə əldə olunmuşdur.

 

DİGƏR Xəbərlər Arxiv