Xəbərlər
Səfir Möhsün Pakayin: Azərbaycan Prezidentinin İrana səfəri tarixi əhəmiyyətə malikdir
Azərbaycan Prezidentinin İrana son səfəri tarixi əhəmiyyətə malikdir.
Bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Prezident İlham Əliyevin İrana rəsmi səfərinin yekunları ilə bağlı fevralın 25-də keçirdiyi mətbuat konfransında deyib.
Səfir ölkələrimiz arasında imzalanmış 11 sənəd haqqında ətraflı məlumat verib və bu sənədlərin əməkdaşlığımızın inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair Sazişin imzalanması da mühüm hadisədir.
Möhsün Pakayin Xocalı soyqırımı ilə bağlı fikirlərini də bildirib. O qeyd edib ki, İran xalqı 24 ildir Azərbaycan xalqı ilə həmdərddir.