Xəbərlər
Bakıda milli azlıqların “Azərbaycan – doğma diyar” devizi altında IV respublika festivalı keçiriləcəkdir
İyunun 23-dən 25-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli azlıqların “Azərbaycan - doğma diyar” devizi altında IV respublika festivalı keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, festivala qatılmış bədii kollektivlərin çıxışları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, qala konserti isə Azərbaycan Dövlət Musiqili Teatrında təşkil olunacaqdır.
Festival günlərində Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin və “Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda “dəyirmi masa”nın təşkili nəzərdə tutulmuşdur.