Xəbərlər
Qeyri-dövlət sektoru ilə yük daşınması 5,1 faiz artmışdır
Yanvar-may aylarında nəqliyyat sektorunun qeyri-dövlət bölməsində yük daşınması 5,1 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı ümumi yükdaşımalarının 75,6 faizini təşkil etmişdir.