YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir

«Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, “Böyük Ermənistan” xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər, insanları kütləvi şəkildə qətlə yetiriblər. Onun sözlərinə görə, ermənilər və onların havadarları Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq istəyirdilər.
«Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistan dövlətinin başçısı Serj Sarkisyandır. O, bu qətliamı törətdiklərini etiraf edib. Bu, özlərini dünyaya məzlum xalq kimi tanıtmağa çalışan, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən bir millətin nümayəndəsinin, dövlət başçısının azərbaycanlılara qarşı törədilən qətliamda əli olduğunu sübut edir. Dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir»- deyə, F.Qasımova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv