Xəbərlər
Qazaxıstanın baş nazirinin birinci müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub
Bakıda səfərdə olan Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Sagintayevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.
Bakı Limanının Baş direktoru Taleh Ziyadov Bakıtjan Sagintayevin başçılıq etdiyi nümayəndə heyətini limandakı iş prosesi ilə yaxından tanış edib. Qonaqlar Bakı limanında yüklərin tranziti sxemi, gömrük məntəqəsinin işi, limanda yan almış “Akademik Zərifə Əliyeva” bərəsi ilə tanış olublar.