YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycanda aparılan düzgün siyasət ölkəmizi kataklizmlərdən qoruya bilib

«Qlobal miqyasda götürsək, bütün ölkələrdə baş verən, istər neqativ, istərsə də pozitiv proseslərin kökündə iqtisadi maraqlar dayanır. Azərbaycan da dünyanın ayrılmaz tərkib hissəsi olduğu üçün baş verən proseslər ölkəmizdən yan keçə bilməz». Bu fikirləri Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarında azalma müşahidə edilir. Onun sözlərinə görə, 2015-ci ildə dünyada qlobal ümumi məhsul 74,5 trln. dollar həcmində olub.

«2014-cü ildə isə bu rəqəm 77,35 trln. olub. Baxın nə qədər azalma baş verib. Azərbaycanın isə ÜDM-i 55 milyard dollar həcmində olub. Bütün bunları nəzərə alaraq qeyd olunmalıdır ki, Azərbaycanda aparılan düzgün siyasət ölkəmizi kataklizmlərdən qoruya bilib. Kiçik dövlət olmağımıza baxmayaraq böyük dövlətlərlə eyni səviyyədə addımlayırıq»- deyə, Ş”Hacıyev vurğulayıb.