Gündəm
Prezident İlham Əliyev: Biz status-kvonu dəyişmək istəyirik
“Strasburqda Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamədə bu məsələ üzrə çox vacib elementə diqqət yönəldilir və xüsusilə su resurslarının idarə edilməsi ilə bağlı törətdiyi problemlərə görə Ermənistanın üzərinə məsuliyyət qoyulur. Buna görə, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması üçün torpaqların işğaldan azad edilməsi prosesinə başlanılmalıdır. Etimadın artırılması üçün ən yaxşı yol torpaqların işğaldan azad olunmasına başlamaqdır. Çünki təkcə tarixən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ yox, 7 ətraf rayon da tamamilə məhv edilib. İşğal 20 ildən artıqdır ki, davam edir.” Bu fikirləri fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə sualları cavablandırarkən bildirmişdir.
Prezidenti İlham Əliyevin sözlərinə görə, Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq.