YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siciliya şirkətləri Azərbaycanla ticarət əlaqələri qurmaqda maraqlıdırlar

İtaliyanın Siciliya bölgəsinin mərkəzi şəhəri olan Palermoda Azərbaycanda mövcud biznes mühiti və ölkəmizin iqtisadi potensialının diqqət mərkəzində olduğu konfrans keçirilib.

Tədbirdə italiyalı iş adamları, Siciliya bölgəsinin iqtisadi və ticarət institutlarının nümayəndələri, eləcə də Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko və başqaları iştirak ediblər. Konfransın məqsədi Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan italiyalı iş adamlarını ölkəmizin iqtisadi inkişafı, mövcud investisiya mühiti, respublikamızda ön planda olan sektorlar barədə məlumatlandırmaq olub. Tədbirdə 20 Siciliya şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib. Əsasən aqrobiznes, sənətkarlıq, tikinti və dizayn sahələrində fəaliyyət göstərən bu şirkətlərin nümayəndələri ölkəmizdə yeni biznes tərəfdaşları qazanmaq və təmsil etdikləri şirkətlərin hədəflərinə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün danışıqlar aparacaqlar.

Konfransda Azərbaycanın Böyük İpək yolu üzərində yerləşən, sürətli iqtisadi inkişafa malik və strateji baxımdan əhəmiyyətli ölkə olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan hazırda Avropanın enerji siyasətində mühüm rola malikdir. Bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət ayrılır, bu da öz növbəsində xarici investorları cəlb edir.

Tədbirdə çıxış edən Palermo bələdiyyəsinin müşaviri Covanna Marano bildirib ki, Siciliya şirkətləri beynəlxalq əlaqələrini genişləndirməyə önəm verirlər. “Bu baxımdan Azərbaycan tərəfdaşlıq qurmaq istədiyimiz ölkələrdəndir. İnanıram ki, mədəni və iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün italiyalı iş adamlarının Azərbaycana səfəri böyük imkanlar yaradacaq”, - deyə Covanna Marano bildirib.

 

DİGƏR Xəbərlər Arxiv