YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suma Çakrabarti: Azərbaycanda aparılan islahatları dəstəkləyirik

Londona səfəri çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə AYİB prezidenti bankın Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir". Bu ilin iyun ayında ölkəmizə səfərə gələcəyini bildirən AYİB prezidenti bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirib.

AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv