YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 18-ə çatdı

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün ştatda “Xocalını anma günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Bu bəyannamə Nebraska ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

Sənəddə 24 il əvvəl - 1992-ci il fevralın 26-da Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu soyqırımını regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Bəyannamə, eyni zamanda, Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.