YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiya çərçivəsində işçi qruplarının iclası keçirilib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclaslarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr və müvafiq sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.

Bu gün neft və qaz üzrə işçi qrupunun iclası və Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək məqsədilə iqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir. Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri isə bu ölkənin ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Moddur.