Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deylir: “Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, ikitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm.”