Xəbərlər
UNESCO-nun baş direktoru İrina Bokova BMT-nin baş katibi ola bilər
Bolqarıstan BMT-nin baş katibi vəzifəsinə UNESCO-nun baş direktoru İrina Bokovanın namizədliyini irəli sürüb. Bu barədə Trend Deutsche Welle-yə istinadən xəbər verir.
Bolqarıstan Xarici İşlər Nazirliyinin müvafiq məktubu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahına göndərilib. Sənəddə bildirilir ki, lazımi təcrübəyə malik İ.Bokova bu vəzifəyə uyğun namizəddir.
Qeyd edək ki, İ.Bokova 2009-cu ildən UNESCO-ya rəhbərlik edir.
BMT-nin hazırkı baş katibi Pan Gi Mun 2017-ci il yanvarın 1-dən vəzifəsini tərk edəcək.