Xəbərlər
Yan Mladek: Azərbaycan ilə strateji tərəfdaşlığımız inkişaf edir
Azərbaycan ilə strateji tərəfdaşlığımız inkişaf edir.
Bu sözləri Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladek “Radio Praqa”nın müxbiri ilə söhbətində deyib.
Çexiya iqtisadiyyatının yekunlarından və ixrac imkanlarından söz açan nazir vurğulayıb: “Biz Çex Respublikasının istehlak etdiyi neftin üçdə bir hissəsini oradan (Azərbaycandan) alırıq. Çexiya ixracatçıları bu bazara çox şey ixrac etməyə çalışırlar”.