YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn əhəmiyyətli addımlar atılır

«Manatın devalvasiyası ilk növbədə xaricdən gətirilən malların, sonra da xaricdən gətirilən xammal və material əsasında hazırlanan malların qiymətlərinə təsir edir. Bu məsələdə təbii qiymət artımı ilə süni qiymət artımını bir-birindən ayırmaq lazımdır». Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, hökumət süni qiymət artımına qarşı müvafiq tədbirlər görür. Onun sözlərinə görə, təbii qiymət artımı olmalı və hökumət də əhalinin xüsusən də aztəminatlı və orta təbəqəsinin bu sahədəki itkilərini əmək haqqı, pensiya və digər ödənişləri indeksləşdirməklə qarşılamalıdır.

«Artıq bu yöndə dövlət başçısı tərəfindən lazımi addımlar atılır. Süni qiymət artımının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilir. Eyni zamanda, ölkə Prezidenti tərəfindən əməkhaqqı və pensiyaların artırılması ilə bağlı sərəncamlar verilib. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn əhəmiyyətli addımlardır»- deyə, Ə.Məsimli qeyd edib.