Xəbərlər
Rövnəq Abdullayev: Neftçilərin əməkhaqları artırılacaq
"Biz mütəmadi olaraq əmək haqlarını qaldırırıq. Məsələn, 2007-ci ildə 25% qaldırdıq. Bizim ayırdığımız əmək haqqı başqa dövlət şirkətlərinə nisbətən kifayət qədər yüksəkdir". Bu barədə gənc neftçilərlə görüşü zamanı ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
"Neft şirkətinin büdcəsində imkanlar məhduddur. Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası edəcəyik", - deyə R. Abdullayev qeyd edib.
Əmək haqlarının hansı miqdarda artacağına gəlincə, ARDNŞ prezidenti deyib ki, bu istiqamətdə ilk öncə hesablamalar aparılmalıdır: "Çalışacağıq ki, əməkdaşlarımıza köməklik edək. Büdcə təşkilatlarında çalışanlarla müqayisədə bizim aldığımız əməkhaqqı arasında çox fərq var. Bu məsələdə inflyasiya nəzərə alınacaq".