Xəbərlər
Şahmar Mövsümov: Azərbaycanın iqtisadi islahatların tempini sürətləndirmək üçün güclü bazası var
Azərbaycanın öz iqtisadiyyatını şaxələndirəcək islahatların tempini sürətləndirmək üçün güclü bazası var.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov “Financial Times”a müsahibəsində deyib. Ş.Mövsümov Azərbaycan da daxil olmaqla bir çox karbohidrogen ixrac edən ölkələrin əsasən neftin qiymətinin ucuzlaşmasının dünya iqtisadiyyatına təsiri ilə əlaqədar çətinliklər yaşadığını bildirib: “Lakin Azərbaycanın bu zərbələrə tab gətirəcək, neft-qazdan asılılığı azaltmaq məqsədilə iqtisadiyyatını şaxələndirəcək islahatların tempini sürətləndirmək üçün güclü bazası var. Azərbaycanın iqtisadiyyatı son 10 ildə üç dəfə böyüyüb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 5 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə düşüb, ölkədə bütün infrastruktur tamamilə yenilənib.
ARDNF-in İcraçı direktoru qeyd edib ki, Azərbaycan gələcək illərdə əhəmiyyətli gəlir mənbəyini təmin edəcək böyük həcmdə neft və qaz ehtiyatlarına malikdir.