Xəbərlər
SOCAR Yüksəksıxlıqlı Polietilen Zavodu üzrə "Maire Tecnimont" şirkəti ilə müqavilə imzalayıb
Fevralın 1-də SOCAR yeni Yüksəksıxlıqlı Polietilen Zavodunun mühəndislik, təchizat və tikinti işləri çərçivəsində "Maire Tecnimont" şirkəti ilə müqavilə imzalayıb.
Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Maire Tecnimont" şirkətinin baş icraçı direktoru Pierroberto Folgiero imzalayıblar.