YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saleh Məmmədov: Kənd yollarının tikintisinin sürətləndirilməsi ilə bağlı 2016-cı ildə də genişmiqyaslı işlər aparılacaq

«Son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb. Hazırda da bu işlər uğurla davam etdirilir». Bu fikirləri “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, respublikanın bütün bölgələrində irimiqyaslı layihələr həyata keçirilir. Onun sözlərinə görə,  bu çərçivədə kənd yollarının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. 

«2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi  təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub, təmir olunub. Kənd yollarının tikintisinin sürətləndirilməsi ilə bağlı 2016-cı ildə də genişmiqyaslı işlər aparılacaq»- deyə, S.Məmmədov vurğulayıb.