YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Yaxın Şərq mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Yaxın Şərq regionunda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Ərəbdilli əksər media orqanları, həmçinin Yaxın Şərq üzrə çalışan nüfuzlu Qərb telekanalları Azərbaycan Prezidentinin səfərini yaxından izləyiblər.

Prezident İlham Əliyevin səfərinin təfərrüatlarını əks etdirən yazılar mərkəzi qərargahı Əmirliklərdə yerləşən və ərəb dünyasının yüksək tirajlı mətbu orqanları sayılan “Emirates News”, “Dubainform”, “The National”, “Al Khalij”, “Gulf News” kimi qəzetlərdə və VAM dövlət xəbər agentliyində dərc edilib.

Yazılarda Azərbaycan ilə çoxtərəfli münasibətlərin gələcək inkişafının körfəz bölgəsi üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Eyni zamanda, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı ictimaiyyətin diqqətinə çatdırılıb.

Yerli media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktum ilə görüşlərində müzakirə olunan məsələlər, o cümlədən siyasi-iqtisadi, enerji sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və turizm sektorunda tərəfdaşlığın perspektivlərinə diqqət çəkiblər. Xəbər agentliklərinin informasiyalarında isə paytaxt Abu Dabidə və Dubay Əmirliyində yerli hökumət rəsmiləri ilə görüşlərdən, eyni zamanda, Prezident İlham Əliyevin Şeyz Zayed məscid kompleksini ziyarətindən və məşhur “Bürc-Xəlifə” binası ilə tanışlığından önəmli məqamlara və fotoşəkillərə yer ayırıblar.

Gələn il IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək Azərbaycan müsəlman ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan İslam coğrafiyası üçün Avropa, Orta Asiya, Yaxın Şərq arasında strateji körpü və dinamik inkişaf edən tərəfdaş rolunu oynayır. Bu baxımdan Azərbaycan Prezidentinin regiona səfəri çoxtərəfli əlaqələrimizin gələcək inkişafının başlıca təminatı olacaq.