Xəbərlər
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri fevralın 2-də başa çatıb.
Dubayın Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.