Xəbərlər
Rauf Əliyev: Yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulur
«2016-cı ildə sosial sahədə qanunvericilik prosesi davam edəcək». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcək.
«Eyni zamanda, parlamentin Əmək və sosial siyasət komitəsi tərəfindən “Əlillər və əlillərin reablitasiyası” və “Turizim” haqqında yeni qanun layihələrinin hazırlanması nəzərdə tutululur»- deyə, komitə sədrinin müavini qeyd edib.