YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: Azərbaycan insan hüquqlarının təmin olunduğu demokratik ölkələr sırasında yer alır

«Azərbaycan insan hüquqlarının təmin olunduğu demokratik ölkələr sırasında yer alır. Vətəndaşlar özlərinin hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilirlər». Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, Azərbaycanda demokratik institutlar sərbəst fəaliyyət imkanlarına malikdirlər. Onun sözlərinə görə, belə olan halda, «Freedom House» kimi təşkilatların ölkəmizdə insan hüquqlarının vəziyyətini qənaətbəxş qiymətləndirməməsi qərəzli və ədalətsiz yanaşmanın göstəricisidir.
«Bu qurumun obyektivlikdən uzaq mövqe sərgiləməsi onun müəyyən qüvvələrin maraqlarına xidmət etməsi ilə bağlıdır. Təşkilat bu cür fəaliyyət göstərməklə öz imicini çoxdan sarsıdıb. Hesab edirəm ki, dünya ictimaiyyəti bu təşkilatın mövqeyini ciddiyə almır»- deyə, R.Zeyni qeyd edib.