Xəbərlər
Prezident İlham Əliyev: Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur
Beynəlxalq hüquq normaları dünyada kobudcasına tapdalanır. Elə bil ki, bu normalar kiçik ölkələr üçün yazılıb. Böyük ölkələr bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi yozurlar.
Bu fikirləri Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə bildirib.
Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizminin olmadığını vurğulayan dövlətimizin başçısı ancaq kiçik ölkələrə qarşı belə addımların atıldığını söyləyib. “Ona görə, o qədər də böyük olmayan ölkə belə vəziyyətdə nə etməlidir, ilk növbədə öz daxili resurslarına arxalanmalıdır. İşlər elə getməlidir ki, ölkə güclənsin, insanlar daha da yaxşı yaşasınlar və təhlükəsizlik təmin edilsin. Biz təhlükəsizliyi özümüz təmin edirik. Azərbaycanda insanlar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.