YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM ölkələri ilə Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 28-də Yaponiyanın Ukraynadakı səfiri Şigeki Sumi Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

Təşkilatın Kiyevdə yerləşən mənzil-qərargahından bildirilib ki, görüşdə GUAM-Yaponiya formatında əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri müzakirə edilib. Baş katib səfirə GUAM ölkələri ilə iqtisadiyyatın inkişafı və şaxələndirilməsi sahələrində fəal əməkdaşlığa görə təşəkkür edib.

Tərəflər GUAM-Yaponiya əməkdaşlığı proqramının vacibliyini qeyd ediblər. Həmin proqram Daxili İşlər Nazirləri Şurasının 3-cü görüşündə (2015-ci il dekabrın 3-də) imzalanıb.

Şigeki Sumi Yaponiyanın qabaqcıl təcrübəsindən GUAM ölkələrində istifadə edilməsinə dair keçirilən tədris seminarları və proqramlarının praktiki tətbiqinin zəruriliyini vurğulayıb, turizm, kənd təsərrüfatı, energetika sahələrində birgə tədbirlərin uğurla başa çatmasını bildirib.

Görüşdə Yaponiyada fevralın 21-dən 29-dək keçiriləcək “Environment – Waste Management” seminarının tematikasının GUAM ölkələri üçün vacib olduğu bildirilib.

Tərəflər əməkdaşlığın səmərəsinin yüksəldilməsi baxımından müntəzəm əlaqələr barədə razılığa gəliblər.