YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir

Keçən il Azərbaycan özünü dünyaya çox güclü tranzit ölkəsi kimi təqdim edə bilib. Bu gün Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə danışarkən deyib ki, artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlayıb.

Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, Azərbaycan tarixdə ilk dəfə bu tarixi “İpək Yolu”nu bərpa edir. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, yəni, Ukraynadan Çinə yüklər Azərbaycan ərazisindən getməyə başlayıb. Əvvəlki illərdə Türkiyədən Orta Asiyaya Gürcüstan və Rusiya ərazilərindən gedən yüklər indi Asiyaya Azərbaycan ərazisindən, Xəzər dənizi üzərindən gedir.

“Yəni, bütün bu imkanları biz yaratmışıq. Əgər biz bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün “Cənub” qaz dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv