YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycan dövləti əhalinin banklarda olan əmanətlərinin qorunmasına tam zəmanət verir

«Hər bir ölkənin iqtisadi inkişafında bank sektorunun xüsusi rolu var. Əgər o ölkədə bank sektoru güclüdürsə, həmin ölkənin iqtisadiyyatı da güclü və dayanaqlı olur. Ölkəmizdə də bankların iqtisadi-sosial həyatda rolu güclüdür». Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu yaxınlarda əmanətlərin tam sığortalanması haqqında qəbul edilən qanun önəmli sənəddir. Onun fikrincə, bu o deməkdir ki, Azərbaycan dövləti bütün vətəndaşların banklarda olan vəsaitlərinə zəmanət verir ki, həmin vəsaitlər qorunacaq.

«Bu, bir tərəfdən, bank sektorunun inkişafına səbəb olacaq, digər tərəfdən də əhalinin öz vəsaitlərini daha səmərəli istifadə etməsinə gətirib çıxaracaq. Biri var pul evdə qalır, evdə qalanda da xərlənib gedir, amma əmanət şəklində banka qoyulsa divident gətirir. Belə bir qanunun qəbul olunması eyni zamanda, əhalinin öz dövlətinə, banklara inamı artırır. Həmçinin, bankların da imkanları genişlənir, kreditlər verir, həm özü qazanır, həm də əmanətçiyə də xeyir verir. Bilirsiniz ki, manatın devalvasiyası ilə əlaqədar ajiotaj başlamışdı, banklara da inam azalmışdı. Dövlətin bu addımı isə banklara inamı bərpa edəcək. Azərbaycan vətəndaşı da öz pulları səmərəli və təhlükəsiz şəkildə idarə edə biləcək»- M.Quliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv