Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova bu ölkənin milli bayramı – Avstraliya günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim sülh və firavanlıq arzulayıram.”