Xəbərlər
Georgi Tsereteli: Azərbaycan Avropa üçün önəmli ölkədir
Azərbaycan Avropa üçün önəmli ölkədir. Bakıya səfərimiz çərçivəsində ölkədə və regionda baş verən mühüm məsələləri müzakirə edəcəyik.
Bu sözləri yanvarın 25-də jurnalistlərə müsahibəsində ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tsereteli deyib.
O, bu səfərin əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə inandığını bildirib.
Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ATƏT PA-nın sədr müavini deyib ki, son vaxtlar qoşunların təmas xəttində yaşanan gərginlik təşkilatı narahat edir. O, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi ifadə edib.