YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Neftdənkənar sahələrin inkişafı ölkənin ümumi daxili məhsulunda həmin sahələrin payını əhəmiyyətli dərəcədə artıracaq

«Azərbaycanın iqtisadi baxımdan potensialı böyükdür. Turizm dünyada daha çox gəlir gətirən sahələr sırasında 2-ci yeri tutur. İşlər düzgün təşkil edildikdə turizm sahəsində açılan bir iş yeri həm turizmin, həm xidmət,həm xalq sənətkkarlığı və digər sahələrdə əlavə iş yerinin açılmasına gətrib çıxarır». Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, neftdənkənar sahələrin bu cür inkişafı ölkənin ümumi daxili məhsulunda həmin sahələrin payını artıracaq ki, bu zaman da dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatına, gəlirlərimizə indiki kimi ciddi təsir göstərə bilməyəcək. Onun sözlərinə görə, Azərbaycanın insan, resurs və inteqrasiya potensialı əhalisinin sayına münasibətdə xeyli dərəcədə yüksək olduğundan, islahatların yeni mərhələsinə başlayıb sistemli tədbirlər və mövcud neqativlərin aradan qaldırılması hesabına neftdənkənar sahələrin rəqabətqabiliyyətli inkişafına nail olmaq realdır.

 «Getdikcə qloballaşan və qeyri müəyyənliyə meyllənən dünyada əsas risk, təhlükə və çağırışları lazımınca dəyərləndirməklə Azərbaycanın neftdən başqa mövcud olan digər potensial imkanlarını da hərəkətə gətirib, insan amilini önə çəkməklə və dolğun şəkildə reallaşmasına şərait yaratmaqla, Azərbaycan xalqının özünüqoruma və inkişaf qabiliyyətinin gücləndirilməsində, rəqabət qabiliyyətli iqtisadi strukturun formalaşmasında və bu əsasda ölkənin potensialına uyğun gələn layiqli həyat səviyyəsinin təmin edilməsində nəzərəçarpan dəyişikliklərə nail olmaq olar»- deyə, deputat qeyd edib.