YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il nəqliyyat sektorunda daşınan qeyri-neft yüklərinin həcmi 1,6 faiz artıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2015-ci ilin yanvar-dekabr ayları ərzində 222,4 milyon ton yük daşınıb və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 3 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,9 faizi avtomobil nəqliyyatı, 27,4 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,6 faiz artaraq 161,6 milyon tona çatıb.