YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Layt” markalı neftin qiyməti son iki gündə 18 faiz bahalaşıb

Neftin qiymətləri son 12 ilin minimumuna düşdükdən sonra bu gün 7 faiz bahalaşıb.

Analitiklərin fikrincə bu bahalaşmaya səbəb ucuzlaşan qiymətləri fürsət bilən bəzi sərmayəçilərin “qara qızıl”ı almağa meyil göstərməsidir.

Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli təxminən 6,9 faiz bahalaşaraq 32,13 dollar olub. “Layt”ın qiyməti son iki gündə 18 faiz artaraq 2009-cu ilin yanvarından bu vaxtadək maksimum həddə bahalaşıb.

“Brent” markalı neftin bir barreli isə Londonun İCE birjasında təxminən 8 faiz bahalaşaraq 32,10 dollara satılır.