Xəbərlər
Yan Mladek: İranın TANAP-a qoşulması müsbət nəticələr verə bilər
Çexiyanın sənaye və ticarət naziri Yan Mladek İranın Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinə qoşulmasının müsbət nəticələr verə biləcəyi qənaətindədir.
Nazirin fikrincə İranın TANAP-a qoşulması Çexiya üçün yaxşı olacaq. Bu boru kəmərinin Avropa hissəsi olan “Trans-Adriatik” (TAP) boru kəməri Cənubi İtaliyaya və daha sonra da Vyanayadək uzanacaq.
Y.Mladek bildirib ki, İran rəsmiləri Polşadakı limanlarda maye qaz üçün böyük zavod tikməyi də nəzərdən keçirirlər.