YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni tərəfinin növbəti saxtakarlığı

Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində erməni ordusunun ümumilikdə guya 57 nəfər itki verməsi ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Belə ki, bu rəqəmlər ermənilərin özləri tərəfindən il ərzində verilən rəsmi xəbərlərlə üst-üstə düşmür.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə 83 hərbçisini itirib, 100-dən çox hərbçi isə yaralanıb.

Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.

Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq, erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Təqribi hesablamalara əsasən, düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də ermənilər itkilərlə üzləşib. Rəsmi qurumlara döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verilib. Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim etmək kifayətdir. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Edqar Avetisyan silahla ehtiyatsız davranaraq yaralanıb və hospitala yerləşdirilib. Komandirlərə bu hadisəni ört-basdır etmək tapşırılıb.