Xəbərlər
Qoşunların təmas xəttində keçirilən növbəti monitorinq insidentsiz başa çatıb
Qoşunların təmas xəttində keçirilən növbəti monitorinq baş tutub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.