YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Manatın devalvasiyasının dünyada gedən proseslərlə əlaqəsi var və bu addım milli iqtisadiyyatımızı qorumaq üçün ən ciddi tədbirlərdən biridir

«Manatın devalvasiyasının dünyada baş verən iqtisadi səbəblərlə yanaşı, bir sıra hərbi və siyasi səbəbləri də var. Həmin faktorlar da problemin yaranmasında özünü açıq şəkildə göstərir». Bu fikri Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, burada Səudiyyə Ərəbistanının, İranın, eləcə də ABŞ-ın maraqları var. Onun sözlərinə görə, bütün bu maraqlar isə birlikdə bugünkü neftin qiymətinin kəskin azalması faktını ortaya çıxarır.

«Eyni zamanda, Rusiyada, Ukraynada baş verən konfliktlər, eləcə də Avropa dövlətlərinin Rusiyaya müəyyən sanksiyalar tətbiq etməsi, ABŞ-ın da bu məsələyə qoşulması öz təsirini göstərir. Neftin qiymətinin aşağı düşməsi isə dünya iqtisadiyyatına, ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsir edir, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə daha kəskin şəkildə özünü göstərir. Son bir ildə qonşu dövlətlərdə də analoji hal yaşanıb, milli valyutalar kəskin devalvasiyaya uğrayıb. Bütün bunlar hamısı iqtisadiyyatı dünya iqtisadiyyatına bağlı olan Azərbaycanın da öz maliyyə siyasətinə dəyişiklik etməsini zəruriləşdirmişdir, devalvasiyanı qaçılmaz faktora çevirmişdir. Manatın devalvasiyasının arxasında milli istehsalın inkişaf etdirilməsi məqsədi də dayanır. Bu, ölkənin xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirir. Birmənalı şəkildə, manatın devalvasiyasının dünyada gedən proseslərlə əlaqəsi var və bu addım milli iqtisadiyyatımızı qorumaq üçün ən ciddi tədbirlərdən biridir. Təbii ki, bununla bağlı ölkədə yeni iqtisadi situasiya yaranıb və bu situasiyadan çıxmaq üçün mühüm tədbirlər görülür, ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi strateji məqamlarla bağlı işlər aparılır. Bu isə nəticə etibarı ilə əhalinin devalvasiyadan ciddi şəkildə əziyyət çəkməməsinə şərait yaradacaq»- deyə, M.Quliyev qeyd edib.