Xəbərlər
Nizami Cəfərov: Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” kimi elan edilməsi multikulturalizm ideyalarını daha da zənginləşdirəcək
«Dövlət başçısının sərəncamı ilə Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” kimi elan edilməsi multikulturalizm ideyalarını daha da zənginləşdirəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da artmasına səbəb olacaq». Bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, 2016-cı ilin ilin “Multikulturalizm ili” kimi uğurla keçəcəyi şübhəsizdir. Onun sözlərinə görə, ölkəmizdə multikulturalizm ənənələri artıq bir necə ildir ki, araşdırılır, siyasi proses olaraq, təhlil edilir.
«Bunun üçün artıq ideoloji əsaslar var. Bu ideoloji əsaslar xüsusi olaraq, düşünülmüş, yalnız təsəvvürlə əldə olunan hadisə deyil, birbaşa Azərbaycan xalqının və coğrafiyasının uzun əsrlərlə, hətta min illərlə ölçülən tarixinə əsaslanır. Hazırda dünyada etnik, dini zəmində böyük münaqişələr var. Bu münaqişələr hətta müharibə həddinə gəlib çata biləcək bir mərhələdədir. Azəbaycanda müxtəlif xalqlar, dinlər mövcuddur. Tolerantlıq baxımından dünyaya nümunə olan Azərbaycanın bu sahədəki ənənələri dünya üçün də çox maraqlı ola bilər»- deyə, N.Cəfərov vurğulayıb.