YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə yığıncaqlar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu və Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş yığıncaqlar keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, partiya veteranları və fəallar çıxış ediblər.

Çıxışlarda müasir dövrdə ölkəmizdə formalaşan yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda keçirilən VIII Qurultayın siyasi əhəmiyyətindən, Prezident İlham Əliyevin proqram xarakterli nitqində qarşıya qoyulan vəzifələrdən və gələcək fəaliyyət istiqamətlərindən bəhs olunub. Qeyd olunub ki, VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra keçirilməsi onun siyasi mahiyyətini daha da artırır. Partiya üzvləri öz fəaliyyətləri ilə dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə, milli həmrəyliyin daha da möhkəmləndirilməsinə və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına töhfə verirlər.