Xəbərlər
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsini təsdiqləyib
Yanvarın 13-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsi, strukturu, hərbi qulluqçularının, işə götürülən işçilərin ştat sayının həddi, ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilib.