YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Asiyada sərmayə coğrafiyası genişlənir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Oktyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Prezident İlham Əliyev ilə təkbətək  və geniş tərkibdə görüşləri oldu. Həmçinin  Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Müzakirə edilən məsələlər, əlaqələrimizin gələcək inkişafı ilə bağlı müəyyənləşdirilən yeni istiqamətlər Azərbaycan-Laos münasibətlərinin aydın mənzərəsini təqdim etdi. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək: “Bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir”.

Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, iki ölkə arasında diplomatik əlaqələr qurulub və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik, qarşılıqlı dəstək göstəririk. Cənab İlham Əliyev bildirdi ki, bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.

Rəsmi Bakı ilə Vyentyan arasında əlaqələrin çoxşaxəli inkişafı üçün möhkəm zəmin yaranıb. Səfər çərçivəsində imzalanan sənədlər də bunu təsdiqləyir. Belə ki, Azərbaycan və Laos Prezidentlərinin iki ölkə arasında qəbul etdikləri Birgə Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Eləcə də, kənd təsərrüfatı və ətraf mühit, xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər ikitərəfli əməkdaşlıq sahəsində hüquqi bazanı daha da möhkəmləndirir.

Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılıbr və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır: “Yəni ki, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik”.

Bu reallıq da diqqətə çatdırıldı ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.

Qarşıya qoyulan hədəflərə zamanında nail olmaq üçün Azərbaycan və Laos iqtisadi müstəvidə təmasları intensivləşdirmək, ticari mübadilələri artırmaq üçün konkret niyyətini ifadə etdi. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Bunun üçün  imkanlar  və ən önəmlisi qarşılıqlı iradə var.