YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Laosla tərəfdaşlığın yeni istiqamətləri

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri, keçirilən yüksək səviyyəli görüşlərin və imzalanan sənədlərin ikitərəfli münasibətlərin gələcək inkişafında rolu hazırda ölkə mətbuatında geniş şərh edilir. Azərbaycan-Laos əməkdaşlığı, siyasi dialoq son vaxtlar yüksək səviyyədə inkişaf edir. “Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək” deyən Prezident İlham Əliyev  səfər çərçivəsində həm təkbətək, həm də geniştərkibli görüşdə bir çox önəmli məsələlərin  müzakirə olunduğunu,  konkret addımların  müəyyənləşdirildiyini diqqətə çatdırdı. Vurğuladı ki, səfər zamanı  qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Laos Prezidenti mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir. Bunlar ənənəvi əlaqələrə əsaslanır. Çünki  Ümummilli Lider Heydər Əliyev 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vientiana səfər edib. Ulu Öndər Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayındakı tarixi çıxışı və Laos xalqına çox yaxşı təsir bağışlaması haqqında bizim çox xoş xatirələrimiz var: “Bu gün mən bizim xalqımızla yaxşı münasibətlərin təməlini qoyan Prezidentin oğlu, Zati-aliləri Prezident İlham Əliyevə bir daha səmimi təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmin ənənəvi əlaqələrin davamçısıdır. Prezident Heydər Əliyevin oğlu, Azərbaycanın indiki Prezidenti Laosun Baş nazirinin müavini və xarici işləri naziri Tonqsavan Fomfihan ilə üzbəüz əyləşmişdir. O da Laosun sevimli sabiq Prezidenti Keyson Fomfihanın oğludur. Bu da bizim əlaqələrimizin yüksəldiyini və bugünkü rəsmi səfərimin yaxşı nəticələrini əks etdirir”.

Thonqlun Sisulit bu çağırışı etdi ki, ənənəvi müsbət xarakter daşıyan ikitərəfli əlaqələrimiz yenidən qiymətləndirilməli, parlamentlərarası və siyasi əlaqələrdən savayı əməkdaşlıq sahələri daha da genişləndirilməlidir.  Biz iqtisadiyyat, ticarət, investisiyalar, xalqlararası mübadilələr, turizm, insan resurslarının inkişafı sahələrində əlavə imkanları araşdırmalıyıq ki, Laosun bu sahələrə çıxışı olsun.

 Ölkələrimiz arasında Birgə Bəyanatın qəbul olunması və digər sənədlərin imzalanması onu deməyə əsas verir ki, artıq Azərbaycan Laos münasibətləri yeni əməkdaşlıq perspektivləri qazanır. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin.  Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda,  cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.

Cənab İlham Əliyev əməkdaşlığın mühüm istiqaməti olaraq təhsilə də diqqəti yönəltdi. Bildirdi ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik.

“Əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır” dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.

Laos ölkəmiz üçün dost dövlətdir. Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana   rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

DİGƏR Xəbərlər Arxiv