Xəbərlər
Minskdə MDB ölkələrinin Daimi Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək
MDB iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası yanvarın 19-da keçiriləcək. Bu barədə Belarus paytaxtında MDB İcraiyyə Komitəsinin Təşkilati Departamentində məlumat verilib.
İclasın gündəliyinə Şuranın 2016-cı il üçün iş planı, təşkilatın iştirakçısı olan dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının fəaliyyəti, 2016-cı ildə Qırğız Respublikasının sədrlik konsepsiyasının və onun həyata keçirilməsinə dair tədbirlər planının müzakirəsi, Şura çərçivəsində əməkdaşlığın digər məsələləri daxildir.