YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə də şəhidlər ehtiramla anılır

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının, Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Sizinlə ucaldı Vətən” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər 27 Sentyabr - Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu deyib, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar.

Anım Günü ilə əlaqədar Mingəçevir Turizm Kollecində təşkil olunan dərimi masada isə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarının əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildiriblər ki, Vətən müharibəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Şəhidlərin əziz xatirəsinin qorunması və onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılması mühüm vəzifələrdən biri kimi qeyd olunub.

Dəyirmi masa zamanı şəhid Gökhan Səfərovun, şəhid Kənan Abdullayevin, şəhid qardaşlar Musa və Tural Həsənovların valideynləri övladlarının Vətənə bağlılığından, keçdikləri şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqdan söz açıblar.

DİGƏR Xəbərlər Arxiv