YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Qaradağ rayonunda şəhidlərin xatirələri anılıb.

Qobustan qəsəbəsində 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Ərzulla Mübariz oğlu Həsənlinin barelyefinin açılışı olub. Lökbatan qəsəbəsində isə 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşən, 2024-cü ildə qalıqları müəyyən edilərək dəfn olunan Tərlan Kamal oğlu Rüstəmovun məzarı ziyarət olunub. YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ruhlarına dualar oxuyublar.

Anım mərasimlərində çıxış edənlər şəhidlərin Vətən qarşısındakı xidmətlərindən bəhs edərək onların xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər. Dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı olduğu vurğulanıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.