YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər, suverenlik, qayıdış!

“Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, 20 sentyabr tarixi ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması xalqımızın 30 il davam edən ağır və məşəqqətli işğal dövründən sonra minlərlə azərbaycanlı igidin canı və qanı bahasına əldə edilən tarixi Zəfərin nəticəsidir. Eyni zamanda, bu günün təsis edilməsi Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması, dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası ilə bağlı mühüm tarixi mərhələni ifadə edir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

V.İskəndərov qeyd edib ki, torpaqlarımızın işğaldan edilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzura yeni bir nəfəs gəlib: “Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarını müdafiə etməsi, ölkəmizin inkişafı üçün həyata keçirdiyi islahatlar, daxili və xarici siyasət bizi Cənubi Qafqazın ən güclü dövlətinə çevirdi. Xalqımız 30 il həsrətində olduğu dədə baba torpaqlarına qovuşdu. Xalq uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Xalqımız daim Prezident İlham Əliyevə inandı və onun siyasətini dəstəklədi. Çünki bu yol Ulu Öndər Heydər Əliyevin yolu idi. Bu gün isə Qarabağ azaddır. Aparılan abadlıq quruculuq işləri ən yüksək formada və sürətlə davam edir. Yaşayış məskənləri, ictimai iaşə obyektləri, dövlət strukturları, təhsil müəssisələri, Qarabağ Universiteti kimi obyektlər burada həyatı daha da canlandırır. Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə artıq məskunlaşma prosesi də başlayıb. Ailələr köçürülür yeni yaşayış məskənləri salınır”.